
Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində təmizlik işləri aparılıb.
Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.
Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə magistral yolun ətrafında quru ot, kol-kos və məişət tullantılarının toplandığı ərazilər təmizlənib.
Bildirilib ki, sözügedən ərazilərdə quru ot və tullantıların olması xüsusilə isti və quraq hava şəraitində yanğın riskini artırır.
Aparılan təmizlik işləri nəticəsində yolun ətrafındakı yanğın təhlükəsi yaradan sahələrdən tullantılar və quru bitki örtüyü götürülüb.
Bu gün, 16:16
8