
Sumqayıt Musiqi Kollecinin sabiq direktoru Rasim Quliyev vəfat edib.
Sumqayit.tv xəbər verir ki, Rasim Quliyev uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rasim Hüseynəli oğlu Quliyev 22 mart 1948-ci ildə ziyalı ailəsində anadan olub.
O, 20 noyabr 2002-ci ildən 4 aprel 2021-ci ilədək Sumqayıt Musiqi Texnikumunun (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci) direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.
Bu gün, 15:25
9