
Sumqayıtda restorandan oğurluq etməkdə və ikitəkərli nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Sumqayit.tv xəbər verir ki, şəhər ərazisində yerləşən restoranlardan birindən içərisində pul, bank kartları və şəxsi əşyalar olan çanta oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı E. Nuruzadə müəyyən edilərək saxlanılıb.
Bundan başqa, şəhər ərazisində keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikletin oğurlanması ilə bağlı şübhəli bilinən S. Əliyev və N. Əlizadə də müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu gün, 16:00
8