33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıtda 33 nömrəli avtobus marşrutunun fəaliyyəti ilə bağlı sakinlərdən növbəti şikayət daxil olub.

Sumqayit.tv xəbər verir ki, sakinlərin sözlərinə görə, xüsusilə bağ massivləri istiqamətində hərəkət edən avtobusların intervalı uzun olur. Nəticədə sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olurlar.

Sakinlərin əsas narazılığı avtobusların gecikməsi ilə yanaşı, gəldikləri zaman həddindən artıq yüklənməsi ilə bağlıdır. Uzun intervalla hərəkət edən avtobusun dayanacağa çatması zamanı çoxlu sayda sərnişin toplanır və nəqliyyat vasitəsində sıxlıq yaranır.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı daha əvvəl də aidiyyəti qurumlara müraciətlər edilib və problemin həll olunacağı bildirilib. Lakin onların sözlərinə görə, hazırda vəziyyətdə ciddi dəyişiklik müşahidə olunmur.

Bağ massivlərində yaşayan və şəhər mərkəzinə gündəlik gedib-gələn sakinlər problemin xüsusilə onlar üçün ciddi çətinlik yaratdığını deyirlər. Onların fikrincə, sentyabr ayında məktəb və bağçaların fəaliyyətə başlaması ilə sərnişin sayının artması vəziyyəti daha da ağırlaşdıra bilər.

Sakinlər aidiyyəti qurumlardan 33 nömrəli marşrut üzrə avtobusların hərəkət intervalının azaldılmasını, xəttə əlavə avtobusların cəlb edilməsini və bağ massivləri istiqamətində nəqliyyat probleminin tədris ili başlamazdan əvvəl həll olunmasını xahiş edirlər.

Qeyd edək ki, 33 nömrəli avtobus marşrutunun fəaliyyəti ilə bağlı Sumqayit.tv-yə bundan əvvəl də sakinlər tərəfindən oxşar şikayətlər daxil olub.

Müəllif: Vəsiqə Dadaşova, Sumqayit.tv

Bu gün, 22:10 12

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Bu gün, 22:10
Bu gün, 21:37
Bu gün, 20:04
Bu gün, 18:06
Bu gün, 18:00
Bu gün, 17:53
Bu gün, 16:42
Bu gün, 15:27
Bu gün, 13:45
Bu gün, 13:44
Bu gün, 13:29
Bu gün, 12:37
Bu gün, 12:25
Bu gün, 12:08
Bu gün, 11:52
Bu gün, 10:35
Bu gün, 09:10
Dünən, 20:46
Dünən, 17:24
Dünən, 16:00
Dünən, 13:43
Dünən, 12:39
Dünən, 12:07
Dünən, 11:04
Dünən, 10:45
Dünən, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098