
Xırdalan–Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Dəmir Yollarının məlumatına görə, Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkətinin yeni tədris ili başlayanadək bərpa edilməsi planlaşdırılır.
Bildirilib ki, Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin tikintisi başa çatıb. Hazırda Sumqayıt istiqamətində yol infrastrukturuna baxış keçirilir və yeni reyslərdə istifadə olunacaq qatarların hazırlanması davam etdirilir.
Qatarlar bərpa olunduqdan sonra həftənin bütün günləri əvvəlki dayanacaqlar üzrə hərəkət edəcək.
Bu gün, 18:06
8