
“Sea Breeze” istirahət mərkəzində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı Xalq artisti və biznesmen Emin Ağalarov açıqlama verib.
Sumqayit.tv xəbər verir ki, E.Ağalarov hadisə ilə bağlı ailəyə başsağlığı verib və araşdırmanın aparıldığını bildirib.
Onun sözlərinə görə, hadisənin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına necə daxil olması araşdırılır.
Emin Ağalarov qeyd edib ki, “Sea Breeze” komandası istintaqla tam əməkdaşlıq edir və hadisədən sonra təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsi və gücləndirilməsi nəzərdə tutulur.
O, həmçinin ailəyə lazımi dəstək və yardım göstəriləcəyini bildirib.

Bu gün, 16:03
11