Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

 

Sumqayıtda tibb müəssisələrində çalışan 13 əməkdaşın işdən azad edilməsi ilə bağlı yeni məlumatlar əldə edilib.

Sumqayit.tv -yə verilən məlumata görə söhbət yalnız həkimlərdən getmir. İşdən azad edilənlər arasında tibb bacıları, operatorlar və digər əməkdaşların da olduğu bildirilir.

Məlumatda bildirilir ki, 2026-cı ilin iyul ayında TƏBİB tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən tibb müəssisələrində aparıldığı bildirilən yoxlamanın nəticələri əsasında akt tərtib olunub.

Mənbənin bildirdiyinə görə, 5 avqust 2026-cı il tarixində tərtib olunan sənəddən sonra 13 əməkdaş barəsində əmək müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gəlib. Daha sonra həmin şəxslərlə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, işdən azad edilən əməkdaşların müxtəlif vəzifələrdə çalışması diqqət çəkir. Onların arasında həkimlərlə yanaşı, tibb bacıları, operatorlar və digər tibb müəssisəsi əməkdaşlarının da olduğu bildirilir.

Mənbənin iddiasına görə, məsələ Sumqayıt şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasında da müzakirə olunub. Lakin müzakirədən sonra işdən azad edilmə qərarında dəyişiklik edilmədiyi bildirilir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Konkret halda həmin bəndin tətbiqinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması isə müvafiq sənədlər və işçinin yol verdiyi iddia olunan pozuntular nəzərə alınmaqla qiymətləndirilməlidir.

Redaksiyaya daxil olan məlumata əsasən, işdən azad edilən əməkdaşların adları da təqdim olunub. Lakin hazırda müvafiq əmrlər və digər təsdiqedici sənədlər redaksiyaya təqdim edilmədiyindən şəxslərin adları açıqlanmır.

Sumqayit.tv məsələ ilə bağlı TƏBİB-in, Sumqayıt Tibb Mərkəzinin və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının mövqeyini öyrənməyə hazırdır.

Qarşı tərəfin açıqlaması daxil olduğu təqdirdə materiala əlavə ediləcək.


Bu gün, 21:24 7

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Bu gün, 21:24
Bu gün, 20:31
Bu gün, 16:03
Bu gün, 13:03
Bu gün, 11:18
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098