Bu sumqayıtlı gənclər imtahan vermədən tələbə oldular

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbinin bir qrup məzunu respublika və beynəlxalq fənn olimpiadalarında qazandıqları yüksək nəticələr sayəsində Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisəsi

Sumqayit.tv xəbər verir ki, məzunlar arasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universitetinə qəbul olunan şagirdlər var.

ADA Universitetinə qəbul olunan Nəsir Bəşirov informatika üzrə respublika fənn olimpiadalarında 2 qızıl və 2 gümüş medal qazanıb. O, həmçinin İnfo Cup beynəlxalq olimpiadasında bürünc medal əldə edib, Avropa Yeniyetmələr İnformatika Olimpiadasında (EJOI) isə fəxri ada layiq görülüb.

Digər məzun Fikrət Əsədzadə informatika üzrə respublika fənn olimpiadalarında 3 gümüş və 1 bürünc medal qazanıb. O, həmçinin İnfo Cup beynəlxalq olimpiadasında iştirak edib.

Xüsusilə Əhmədzadə də ADA Universitetinin tələbəsi olacaq. O, informatika üzrə respublika fənn olimpiadalarında 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib. Bundan başqa, EJOI və İATİ olimpiadalarında bürünc medallara layiq görülüb.

Eşqin Səfərli Bakı Ali Neft Məktəbinə qəbul olunub. O, kimya fənni üzrə respublika olimpiadalarında 2 gümüş və 1 bürünc medal qazanıb. Eşqin həmçinin Beynəlxalq Kimya Olimpiadası (IChO) və İstedadlıların Hazırlığı Beynəlxalq Olimpiadasında iştirak edib.

Qafar Quluzadə isə Bakı Dövlət Universitetinə qəbul olunub. O, Azərbaycan dili və ədəbiyyatı üzrə respublika fənn olimpiadalarında 2 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, respublika və beynəlxalq fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlər mövcud qaydalara uyğun olaraq qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq hüququ əldə edirlər.

Sumqayıtın istedadlı gəncləri ilə qürur duyuruq!

 

 

 

 



Bu gün, 11:32 31
Bu gün, 12:19
Bu gün, 11:32
Bu gün, 11:17
Dünən, 23:16
Dünən, 18:42
Dünən, 16:27
Dünən, 15:30
Dünən, 13:57
Dünən, 13:26
Dünən, 12:49
Dünən, 12:08
Dünən, 12:07
Dünən, 11:20
17-08-2026, 18:08
17-08-2026, 18:02
17-08-2026, 15:47
17-08-2026, 14:21
17-08-2026, 14:12
17-08-2026, 13:21
17-08-2026, 12:10
17-08-2026, 11:56
17-08-2026, 11:20
17-08-2026, 11:07
17-08-2026, 10:23
17-08-2026, 01:21
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
15-08-2026, 13:03
15-08-2026, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1099