Sumqayıtın 14-cü məhəlləsində istilik problemi – sakinlər illərdir həll gözləyir

Sumqayıt TV-yə şəhərin 14-cü məhəlləsində yaşayan sakinlərdən istilik problemi ilə bağlı şikayət daxil olub.

Sakinlər iddia edirlər ki, 14-cü məhəllədə yaşayış binalarında uzun illərdir dövlət istilik sistemi yoxdur. Onların sözlərinə görə, əvvəllər ərazidə qazanxana fəaliyyət göstərib. Lakin bir neçə il əvvəl qazanxana sökülüb və yerində hündürmərtəbəli binalar tikilib. Hazırda isə qazanxananın yerində heç bir qurğu qalmayıb.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, illərdir problem həll edilməyib. Onlara müxtəlif vaxtlarda istilik sisteminin gələcəkdə bərpa ediləcəyi bildirilib.

Onların sözlərinə görə, maddi imkanı olan ailələr öz hesablarına kombi sistemi quraşdırıb. İmkanı olmayan sakinlər isə soyuq aylarda müxtəlif vasitələrlə isinməyə çalışırlar.

Sakinlərdən biri bildirir ki, maddi imkanının məhdud olması səbəbindən kombi quraşdıra bilmir, köhnə kondisionerdən isə elektrik xərcinə görə davamlı istifadə etmək mümkün deyil.

Sakinlər iddia edirlər ki, xüsusilə payız-qış aylarında mənzillərdə ciddi soyuq olur. Müraciət edən sakin ailəsində yeni doğulan uşağın olduğunu və qarşıdan gələn qış mövsümündən narahatlıq keçirdiyini bildirir.

Bundan əlavə, sakinlər 14-cü məhəllədə kanalizasiya problemi olduğunu da iddia edirlər. Onların sözlərinə görə, yağış yağdıqda həyətlərə su yığılır və problem uzun müddət davam edir.

Sakinlər aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini, istilik sisteminin bərpası ilə bağlı konkret tədbirlər görülməsini və problemin qış mövsümü başlamamış həll olunmasını istəyirlər.

Qeyd: Sakinlərin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.


Bu gün, 14:12 36

Digər xəbərlər

“Sumqayıt” Tiaqo Almeydanı transfer etdi

Sumqayıtın 14-cü məhəlləsində istilik problemi – sakinlər illərdir həll gözləyir

Prezident Babək Ələkbərova ali hərbi rütbə verdi

Şahruddin Məhəmmədəliyev “Sumqayıt”a qayıda bilər

Meyxana deməsinə etiraz etdi, bıçaqlandı – Sumqayıt Məhkəməsindən QƏRAR

13-cü mikrorayonda sakinləri narahat edən gecə səs-küyü – VİDEO

Sumqayıt filialının keçmiş direktoru ilə bağlı Ali Məhkəmədən qərar

Meydandan qovuldu, şüşəni sındırıb xəstəxanalıq oldu: "Sumqayıt"ın futbolçusu karyerasını bitirəcək? - RƏSMİ AÇIQLAMA

Məktəb açılmamış müəllimlərin repetitorluq yarışı: Şagirdin diqqəti hara yönəlir?-TƏHLİL

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

1 2 3 4 5 6 7 8 9 10 ... 1099
Bu gün, 14:21
Bu gün, 14:12
Bu gün, 13:21
Bu gün, 12:10
Bu gün, 11:56
Bu gün, 11:20
Bu gün, 11:07
Bu gün, 10:23
Bu gün, 01:21
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
15-08-2026, 13:03
15-08-2026, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1099