
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb.
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın məlumatına görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.
İttihama əsasən, hadisə 2025-ci ildə Xızı rayonunun Sitalçay Hərbi şəhərciyində baş verib. Ziyad Əsədov (şərti ad-soyad) ərazidə söhbət edən şəxslərin yanına yaxınlaşaraq meyxana demək istədiyini bildirib. Zərərçəkmiş Fərəc Vəliyev (şərti ad-soyad) buna etiraz etdikdən sonra aralarında mübahisə yaranıb.
İttihama görə, Ziyad Əsədov bıçaqla Fərəc Vəliyevə ağır xəsarətlər yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvədə saxlayıb.
Bu gün, 11:56
10