
Azərbaycanda iş axtaranlar üçün dövlət qurumlarında yeni vakansiyalar elan edilib.
Sumqayit.tv xəbər verir ki, vakansiyalar arasında 7 nazirlikdə müxtəlif vəzifələr üzrə iş yerləri də var.
Məlumata görə, elan edilən bəzi vəzifələr üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.
Vakansiya elan edən nazirliklər və vakant yerlərin sayı:
Mədəniyyət Nazirliyi – 1 vəzifə üzrə 1 yer
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 2 vəzifə üzrə 2 yer
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 7 vəzifə üzrə 7 yer
Energetika Nazirliyi – 2 vəzifə üzrə 2 yer
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 3 vəzifə üzrə 3 yer
Gənclər və İdman Nazirliyi – 11 vəzifə üzrə 11 yer
Müdafiə Sənayesi Nazirliyi – 3 vəzifə üzrə 3 yer
Beləliklə, 7 nazirlik üzrə ümumilikdə 29 vakant yer elan edilib.
Vakansiyalar üzrə tələb və şərtlər vəzifədən asılı olaraq dəyişir.
Mənbə: Valyuta.az
Bu gün, 15:30
10