
Ali Məhkəmədə “Bolluq LTD” MMC-nin əmlakını mənimsəmədə təqsirləndirilən Oqtay Ağayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayətinin təmin edilməməsi və əvvəlki məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.
İttihama görə, Oqtay Ağayev “Bolluq LTD” MMC-də ekspeditor vəzifəsində çalışıb. O, 8 aprel 2021-ci ildən 23 avqust 2021-ci ilədək şirkətə məxsus müxtəlif çeşid və miqdarda şirniyyat və quru qida məhsullarından ibarət ümumilikdə 50 480,78 manat dəyərində əmlakı mənimsəyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Ağayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin vurulmuş maddi ziyanın əvəzi olaraq 50 480,78 manatın “Bolluq LTD” MMC-nin xeyrinə tutulmasına qərar verilib.
Hökmdən müdafiə tərəfi tərəfindən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarları qüvvədə saxlayıb.
Bu gün, 12:19
8