Bir stadion sıradan çıxdı, növbə buna çata bilər – “Sumqayıt”da stadion böhranı

“Sumqayıt” futbol klubunun ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına stadionun ot örtüyündə yaranan problem komandanın ilk turdakı matçının başqa arenaya keçirilməsinə səbəb olub.

Belə ki, Misli Premyer Liqasının I turunda “Sumqayıt” – “Neftçi” qarşılaşması ot örtüyündə aparılan yenilənmə işləri ilə əlaqədar “SOCAR Polymer Arena”da keçirilib.

İndi isə əsas sual “Mehdi Hüseynzadə” stadionundakı meydançanın növbəti turlara qədər hazır olub-olmayacağıdır. Problem qısa müddətdə həll edilməsə, “Sumqayıt”ın III turda “Qarabağ”la qarşılaşmasını da “SOCAR Polymer Arena”da keçirməsi gündəmə gələ bilər.

Məsələ burasındadır ki, “SOCAR Polymer Arena”nın da qarşıdakı dövrdə oyun yükünün artması gözlənilir. “Şəfa”nın III turda “İmişli”ni məhz bu arenada qəbul edəcəyi bildirilir. Bundan başqa, “Şəfa”nın mövsümün sonuna qədər ev oyunlarını “SOCAR Polymer Arena”da keçirmək üçün müqavilə bağladığı qeyd olunur.

Bu isə meydançanın üzərinə düşən yükün artması ehtimalını yaradır. Əgər “Mehdi Hüseynzadə” stadionunun qazonundakı problem yaxın günlərdə aradan qaldırılmasa, “SOCAR Polymer Arena”nın ot örtüyünün də intensiv istifadə nəticəsində sıradan çıxması ilə bağlı suallar yarana bilər.

Qeyd edək ki, “Sumqayıt” klubunun rəsmi məlumatında da “Neftçi” ilə qarşılaşmanın Mehdi Hüseynzadə adına stadionun ot örtüyündə aparılan yenilənmə işlərinə görə “SOCAR Polymer Arena”da keçirildiyi təsdiqlənib.

Mənbə: Rekord.az


Bu gün, 14:05 11
Bu gün, 14:31
Bu gün, 14:05
Bu gün, 12:55
Bu gün, 12:19
Bu gün, 11:32
Bu gün, 11:17
Dünən, 23:16
Dünən, 18:42
Dünən, 16:27
Dünən, 15:30
Dünən, 13:57
Dünən, 13:26
Dünən, 12:49
Dünən, 12:08
Dünən, 12:07
Dünən, 11:20
17-08-2026, 18:08
17-08-2026, 18:02
17-08-2026, 15:47
17-08-2026, 14:21
17-08-2026, 14:12
17-08-2026, 13:21
17-08-2026, 12:10
17-08-2026, 11:56
17-08-2026, 11:20
17-08-2026, 11:07
17-08-2026, 10:23
17-08-2026, 01:21
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
15-08-2026, 13:03
15-08-2026, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1099