
Sumqayıt şəhərində 2025-2026-cı tədris ili üzrə 600-dən yuxarı bal toplayan məzunların sayı açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 370 məzunu 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib.
Onlardan 234-ü Sumqayıt şəhərinin, 136-sı isə Saray, Ceyranbatan və Novxanı qəsəbələrinin də daxil olduğu Abşeron rayonunun məzunlarıdır.
Beləliklə, yüksək nəticə göstərən məzunların 63,2 faizi Sumqayıt şəhərinin payına düşüb.
Sumqayıt TV olaraq yüksək nəticə göstərən bütün məzunları təbrik edir, onlara tələbəlik və gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!
Bu gün, 14:31
7