
Sumqayıtın Corat qəsəbəsində su kəsintisi ilə bağlı
Sumqayit.tv-yə sakinlərdən müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, Göygöl 3767 küçəsində, “Qardaşlar” marketin yerləşdiyi ərazidə dünən saat 12:00-dan etibarən su təchizatı dayandırılıb.
Müraciət edən sakinlər bildirirlər ki, suyun kəsilməsi ilə bağlı əvvəlcədən hər hansı məlumat verilməyib.
Sakinlər su təchizatının nə zaman bərpa olunacağı ilə bağlı aidiyyəti qurumdan məlumat verilməsini istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənməyə çalışırıq.