
Sumqayıt Dövlət Universiteti (SDU) inzibati bina və tədris korpuslarında lokal kompüter şəbəkəsinin (LAN) qurulması ilə bağlı tender elan edib.
Sumqayit.tv Etender.gov.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsi çərçivəsində avadanlıqların alınması, materialların təchizatı və quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, layihənin icrası üçün 400 min 269 manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.
Tenderin qalibi olacaq şirkət tərəfindən nəzərdə tutulan işlərin yerinə yetirilməsi təmin ediləcək.
Bu gün, 16:07
7