
Sumqayıtda iş axtaran şəxslər üçün əmək yarmarkası təşkil olunacaq.
Sumqayit.tv xəbər verir ki, yarmarka Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək.
Namizədlərin yarmarkaya şəxsiyyət vəsiqəsi ilə gəlməsi tələb olunur. CV nümunəsinin gətirilməsi isə tövsiyə edilir.
Yarmarkada iştirakçılara mövcud vakansiyalar, iş öhdəlikləri və əmək şərtləri barədə ətraflı məlumat veriləcək.
Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, “Kimyaçı” Mədəniyyət Sarayı
Tarix: 27 avqust 2026
Saat: 11:00–12:30
Bu gün, 11:28
8