
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin yerində dinlənilməsi və qaldırılan məsələlərin araşdırılması məqsədilə növbəti səyyar qəbul keçirib.
Sumqayit.tv-yə verilən məlumata görə, görüş şəhərin 2-ci mikrorayon ərazisində təşkil olunub. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, həmçinin şəhər sakinləri iştirak ediblər.
Görüş zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Müraciətlərin əsasən şəhər təsərrüt
Zakir Fərəcov müraciətlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Həlli yerində mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən və ya digər dövlət qurumlarının səlahiyyətinə aid müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Bildirilib ki, bu cür səyyar görüşlər şəhərin müxtəlif ərazilərində mövcud vəziyyətin öyrənilməsi, sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, həmçinin qaldırılan məsələlərin yerində müəyyənləşdirilməsi məqsədi daşıyır.






Bu gün, 15:19
8