
Ali Məhkəmədə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən İlqar Həsənovun işi üzrə kassasiya protestinə baxılıb.
Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, ittihama görə, hadisə 2025-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində baş verib. Mübahisə zamanı İlqar Həsənov həmkəndlisi Dadaş Bəşirova bıçaqla xəsarət yetirib. Zərərçəkənə ağır xəsarət dəydiyi müəyyən edilib.
İlqar Həsənov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi qərarı dəyişdirərək xuliqanlıq ittihamı üzrə ona bəraət verib, ağır xəsarət yetirmə ilə bağlı 3 il 6 aylıq cəzanı isə şərti hesab edib və 1 il 6 ay sınaq müddəti müəyyənləşdirib.
Dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarından kassasiya protesti verib.
Ali Məhkəmə kassasiya protestini təmin etməyib. Bununla da apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb.
Bu gün, 11:24
7