
Sumqayıtın bəzi ərazilərində avqustun 21-də təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması təmin ediləcək.
Bu gün, 07:08
17