
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib.
Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, 20-30 yaş aralığında, xarici dil bilən, yazılı və şifahi tərcümə, hüquqi sənədlər, terminologiya və lüğətlərlə işləmək bacarığına malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Namizədlərdən, həmçinin, Bakı şəhərində qeydiyyatda olmaq və yaşamaq tələb olunur. Kişi namizədlər həqiqi hərbi xidmət müddətini tam başa vurmalıdır.
Məlumata görə, namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən edilmiş normativlər əsasında yoxlanılacaq. Tərcüməçi kimi iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
Sənədlərin qəbulu 20 avqust–20 oktyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Namizədlər DİN-in rəsmi internet saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Ətraflı məlumat Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.
Əlaqə telefonları:
(012) 590-80-66; (012) 590-98-37;
(012) 590-93-64; (012) 590-97-52;
(012) 590-94-12; (012) 590-83-69;
(012) 590-80-63.
Mənbə:Modern.az
Bu gün, 13:36
10