Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

  
Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son açıqlamaları gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini aktivləşdirməyi planlaşdırmadığını bildirərək, təşkilat Ermənistanı üzvlükdən çıxararsa, bundan məmnun olacağını deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistanın təşkilatda qalmağa ehtiyac görmədiyi halda KTMT-dən çıxmaqda sərbəst olduğunu açıqlayıb.

Sumqayit.tv məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimovanın fikirlərini öyrənib.

Deputat bildirib ki, Paşinyanın mövqeyi ilk baxışda paradoksal görünə bilər:

 

"Əgər Ermənistan KTMT-də qalmaq istəmirsə, ən məntiqli yol öz iradəsi ilə təşkilatdan çıxmaqdır. Lakin məsələ təkcə hüquqi prosedur deyil, siyasi məsuliyyət və daxili auditoriyaya verilən mesaj məsələsidir. Məncə, Paşinyanın 'bizi özləri xaric etsinlər' yanaşmasının arxasında kifayət qədər hesablanmış siyasi məntiq var."

Elnarə Akimovanın sözlərinə görə, Ermənistanın KTMT-dən öz iradəsi ilə çıxması hüquqi baxımdan mümkündür. Lakin bununla bağlı müəyyən prosedurlar mövcuddur.

Deputat qeyd edib ki, KTMT Nizamnaməsinin 19-cu maddəsinə əsasən, üzv dövlət təşkilatdan çıxmaq hüququna malikdir. Bunun üçün dövlət üzərinə düşən öhdəlikləri nizama salmalı və çıxmaq niyyəti barədə ən azı altı ay əvvəl rəsmi bildiriş göndərməlidir.

Onun sözlərinə görə, Nizamnamənin 20-ci maddəsində isə təşkilatın üzvlükdən xaric etmə mexanizmi nəzərdə tutulur.

"Üzv dövlət Nizamnamənin, Şuranın qərarlarının və həmin qərarların icrası ilə bağlı öhdəliklərin tələblərini yerinə yetirmədikdə, KTMT Şurası əvvəlcə onun təşkilatın orqanlarının fəaliyyətində iştirakını dayandıra, pozuntular davam edərsə, həmin dövləti təşkilatdan xaric edə bilər. Bu məsələdə sözügedən dövlətin səsi nəzərə alınmır", – deputat bildirib.

Elnarə Akimova hesab edir ki, Paşinyanın istinad etdiyi xaric edilmə mexanizmi hüquqi baxımdan mövcud olsa da, bu, avtomatik baş verən proses deyil.

Deputatın fikrincə, Ermənistanın KTMT-də iştirakını faktiki dondurması avtomatik olaraq onun təşkilatdan xaric ediləcəyi anlamına gəlmir. Bunun üçün müvafiq prosedurun həyata keçirilməsi və siyasi qərarın qəbul olunması lazımdır.

Akimova hesab edir ki, Paşinyanın bu məsələdə əsas məqsədlərindən biri siyasi məsuliyyətin istiqamətini dəyişmək ola bilər.

"Əgər Ermənistan özü KTMT-dən çıxsa, qərarın bütün siyasi məsuliyyəti İrəvanın üzərinə düşəcək. Müxalifət və cəmiyyət qarşısında izah edilməli olacaq ki, niyə Ermənistan Rusiyanın da daxil olduğu təhlükəsizlik blokundan çıxdı və bunun ölkənin təhlükəsizliyinə hansı nəticələri olacaq", – deyə deputat bildirib.

Onun sözlərinə görə, əgər KTMT Ermənistanı xaric etsə, Paşinyan bu hadisəni "Ermənistanı qəbul etməyən təhlükəsizlik təşkilatı" narrativinə çevirə bilər.

Deputat həmçinin hesab edir ki, Paşinyanın mövqeyi Qərbə verilən mesaj kimi də qiymətləndirilə bilər.

"Paşinyan bir tərəfdən Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən uzaqlaşdığını nümayiş etdirir, digər tərəfdən isə bunu formal olaraq birtərəfli geosiyasi qopma kimi təqdim etməməyə çalışır", – Elnarə Akimova deyib.

Deputatın fikrincə, Moskvanın reaksiyası isə Paşinyanın gözlədiyi ssenarini müəyyən qədər çətinləşdirir.

"Dmitri Peskovun 'Ermənistan ehtiyac görmürsə, çıxmaqda sərbəstdir' mövqeyi əslində Kremlin məsuliyyəti İrəvanın üzərinə qaytardığını göstərir", – deyə deputat vurğulayıb.

Elnarə Akimova hesab edir ki, Paşinyanın KTMT ilə bağlı son ritorikasını yalnız "Ermənistan təşkilatdan çıxmaq istəyir" fikri ilə izah etmək kifayət deyil.

"Burada həm hüquqi prosedur, həm daxili siyasi məsuliyyətdən yayınmaq, həm də Ermənistanın təhlükəsizlik kursunun dəyişməsini beynəlxalq auditoriyaya fərqli formada təqdim etmək cəhdi var", – deputat bildirib.


Bu gün, 17:32 62

Digər xəbərlər

Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1101