İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Sumqayıt.tv President.az-a istinadən xəbər verir ki, dövlət başçısı Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Volodimir Zelenskini və Ukrayna xalqını təbrik edib.

İlham Əliyev məktubunda Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd olunub ki, siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq iki ölkə arasındakı strateji tərəfdaşlığın mühüm istiqamətlərindəndir.

Prezident enerji sahəsində uzun illərdir davam edən əməkdaşlığı da xüsusi qeyd edib.

İlham Əliyev bu ilin aprelində Zelenskinin Azərbaycana işgüzar səfərini və keçirilən görüşləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, dövlət başçıları arasında müntəzəm təmaslar, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstək münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.

Məktubda Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəminin olduğu vurğulanıb.

Azərbaycan Prezidenti dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstəriləcəyini bildirib.

İlham Əliyev Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah, Prezident Volodimir Zelenskiyə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.


Bu gün, 11:40 5
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1101