Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıt və Bakıda müxtəlif mağazalardan elektron əşyalar oğurlamaqda təqsirləndirilən şəxsə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Sumqayıt.tv Pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Nağı Quliyev (şərti ad-soyad) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib.

İttihama əsasən, Nağı Quliyev 2025-ci ildə Bakı və Sumqayıtda müxtəlif mağazalara müştəri qismində daxil olaraq elektron əşyaları gizli şəkildə götürüb.

Onun Sumqayıtdakı mağazalardan birindən ümumi dəyəri 1 500 manat olan iki “Samsung” smart saatı, Bakıda “Kontakt Home” mağazasından 450 və 110 manatlıq iki qulaqcıq, “28 Mall”dakı mağazadan isə 240 manatlıq kompüter mausunu oğurladığı bildirilib.

Bundan başqa, onun “City Tech” mağazasından 2 200 manat dəyərində “iPhone 16 Pro” mobil telefonunu götürdüyü qeyd olunub.

Beləliklə, müxtəlif mağazalardan ümumilikdə 4 500 manat dəyərində elektron əşyaların oğurlandığı müəyyən edilib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Nağı Quliyev Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin müəyyən etdiyi əvvəlki hökm də nəzərə alınaraq cəzalar qismən toplanıb və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Bu gün, 11:27 6
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1101