Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıt şəhərində din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

Sumqayıt.tv xəbər verir ki, təlimlər avqustun 26-27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

“Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda keçiriləcək seminarın əsas məqsədi din xadimlərinin bilik və bacarıqlarının artırılması, dini maarifləndirmə işinin daha səmərəli təşkili və onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsidir.

Təlim çərçivəsində “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası”, “Dialoq mədəniyyəti və dini-mənəvi xidmət”, “Din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılması” və “Sosial media və dini maarifləndirmə” mövzuları müzakirə olunacaq.

İki gün ərzində ilahiyyatçı və ekspertlərin məruzələri dinləniləcək, dini radikalizmlə mübarizə, dini icmalarda maarifləndirmə işinin gücləndirilməsi və sağlam dini dünyagörüşünün formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin müxtəlif sosial qruplarla effektiv ünsiyyət, qarşılıqlı hörmət və anlaşma mühitinin yaradılması, rəqəmsal platformalarda dini maarifləndirmənin imkanları və bu istiqamətdə din xadimlərinin bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı praktiki nümunələr təqdim olunacaq.


Bu gün, 11:19 6
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1101