
Sumqayıtda keçiriləcək “Coca-Cola ilə Xəzər Yay Festivalı” çərçivəsində səhnəyə çıxacaq ifaçıların adları açıqlanıb.
Sumqayıt.tv xəbər verir ki, avqustun 29-da keçiriləcək konsertdə Mehin, Nuran, Nərmin Kərimbəyova, Ayaz Babayev, CİN və Hiss çıxış edəcəklər.
Əyləncəli tədbir saat 19:00-da Dövlət Dram Teatrının qarşısında başlayacaq.
Konsertin şəhər sakinləri üçün açıq olacağı bildirilib.
Bu gün, 14:57
9