
Daxili işlər naziri Vilayət Eyvazov sentyabr ayında Sumqayıt sakinlərini qəbul edəcək.
Sumqayıt.tv xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən sentyabr ayında keçiriləcək vətəndaş qəbullarının cədvəli açıqlanıb.
Cədvələ əsasən, Vilayət Eyvazov 1 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Qəbul saat 10:00-da başlayacaq.
Qəbulda Sumqayıt şəhər sakinlərinin müraciət və şikayətlərinə baxılacağı bildirilib.
Bu gün, 16:10
7