
Sumqayıtda elektron siqaret satışı ilə məşğul olan şəxs cərimələnib.
Sumqayit.tv Teleqraf-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən meyvə-tərəvəz mağazasında qeydə alınıb.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən mağazada qanunvericiliklə satışı qadağan olunan 61 ədəd elektron siqaret aşkar edilərək götürülüb.
Mağaza sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 212-1.2-ci maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə mağaza sahibi 350 manat məbləğində cərimələnib.
Həmçinin götürülmüş 61 ədəd elektron siqaret məhkəmə qərarı ilə müsadirə olunub.
Bu gün, 11:43
7