
700 BALLIQ UĞUR VƏ 12 TİBBÇİ! – SUMQAYITLI ŞAGİRDLƏRİN BÖYÜK NƏTİCƏSİ
Sumqayıt şəhər Təbiət Elmləri təmayüllü Gimnaziyanın 11A sinfi bu il yüksək nəticələri ilə diqqət çəkib.
Eyni sinifdən 12 şagirdin tibb ixtisasına qəbul olması böyük uğurla yanaşı, sinifdə formalaşan güclü təhsil mühitinin göstəricisidir.
Sumqayit.tv xəbər verir ki, sinifdə təhsil alan şagirdlər arasında 700 bal toplayaraq qəbul imtahanında maksimum nəticə göstərən Samir Tağıyev də var. Eyni sinifdən blok imtahanında 400 bal toplayaraq maksimum nəticəyə imza atan İnci Mursaquliyeva da məzunların uğurları sırasındadır.
Sumqayıt TV olaraq bütün gəncləri bu möhtəşəm nəticələr münasibətilə təbrik edir, onların gələcək təhsil və karyera yollarında daha böyük uğurlar qazanmalarını arzulayırıq!
Gələcəyin uğurlu mütəxəssisləri, yolunuz açıq olsun!
Bu gün, 23:18
10