
Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində yaşayan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.
Sumqayıt.tv Modern.az xəbər verir ki, 39 yaşlı Ülkər Mirzəyeva və onun iki övladı — Məryəm və Mövlud Mirzəyev ali məktəbə qəbul olublar.
Ülkər Mirzəyeva Sumqayıt Dövlət Universitetinin Sosial iş ixtisasında təhsil alacaq.
Onun qızı Məryəm Mirzəyeva 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, oğlu Mövlud Mirzəyev isə 570 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olub.
Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Poladlı kənd orta məktəbində təhsil alıblar.
Beləliklə, bu ildən ailənin üç üzvü üç fərqli universitetdə tələbə kimi təhsil alacaq.
Üçqat tələbə sevincini yaşayan ailəni təbrik edir, onlara təhsil həyatında uğurlar arzulayırıq!


Bu gün, 22:30
6