
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub.
Sumqayıt.tv xəbər verir ki, yeni direktor Natəvan Həsənova kollektivə təqdim edilib.
Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə ilə başa vurub. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.
Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi də çıxış edib.
O, 2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə I yer və “Ən yüksək performans” diplomlarına layiq görülüb.
Qeyd edək ki, yeni direktorun Sumqayıt Musiqi Kollektivinə rəhbərlik edəcəyi dövrdə təhsil və musiqi sahəsində fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Bu gün, 13:35
28