
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 8-ci mikrorayon ərazisində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Sumqayit.tv xəbər verir ki, görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, həmçinin sakinlər iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşların müraciətləri, onları narahat edən məsələlər və ərazidəki sosial-məişət problemləri dinlənilib.
Sakinlər əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Görüş zamanı sakinlərlə birbaşa ünsiyyətin və problemlərin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb.






Bu gün, 15:09
9