
Sumqayıt şəhərində yaşlı qadının meyiti aşkarlanıb.
Sumqayit.tv xəbər verir ki, 1949-cu il təvəllüdlü Cəfərova Mamar Çoban qızının meyiti şəhərin 12-ci mikrorayon ərazisində küçədə tapılıb.
Məlumata görə, mərhum 15-ci məhəllə ərazisində yaşayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Qadının ölüm səbəbi və hadisənin digər halları araşdırılır.
Mənbə:Teleqraf
Bu gün, 10:52
7