
2026-2027-ci tədris ilindən etibarən bir sıra dərsliklər məktəblərdə yenilənmiş məzmunda tədris olunacaq.
Sumqayit.tv xəbər verir ki, yenilənəcək dərsliklər arasında IV sinif üçün “Həyat bilgisi”, VII sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII sinif üçün “Coğrafiya”, IX sinif üçün isə “Biologiya” və “Fizika” fənləri var.
Yeni dərsliklərdə şagirdlərin nəzəri biliklərlə yanaşı, real həyatda tətbiq, problem həlli, tədqiqat, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetiriləcək.
Bundan əlavə, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal və media savadlılığı, kibertəhlükəsizlik kimi müasir mövzular da dərsliklərdə daha geniş yer alacaq.
Mənbə: Report.az
Bu gün, 16:46
7