Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib-FOTO

 
Sumqayıt şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edənlər yeni 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıblar.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ötən tədris ilinin nəticələrindən danışaraq Sumqayıt üzrə əldə olunan uğurları diqqətə çatdırıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə idarəetmənin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində irəliləyişlər əldə olunub. Şagirdlərin respublika və beynəlxalq müsabiqə və olimpiadalardakı uğurları da qeyd edilib.
İlhamə Abdullayeva qarşıdakı dövrdə müəllimlərin peşəkar inkişafı, innovativ təlim metodlarının tətbiqi və rəqəmsal imkanlardan səmərəli istifadənin əsas prioritetlərdən olacağını vurğulayıb.
Teymur Səmədov çıxışında təhsilin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb. O, dövlətin təhsil sahəsinə diqqət və qayğısını vurğulayaraq Sumqayıtda təhsil infrastrukturunun inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən söz açıb.
İman Ağayev isə 2025–2026-cı tədris ili üzrə görülmüş işlərə dair hesabat təqdim edib. O, məktəblərdə əldə olunan nəticələri, şagird nailiyyətlərindəki dinamikanı və keyfiyyət yönümlü tədbirləri diqqətə çatdıraraq qarşıda duran əsas hədəfləri açıqlayıb.
Konfransda ötən tədris ilinin yekunları, mövcud problemlər və inkişaf istiqamətləri müzakirə olunub. Təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik nəticələrin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafı və rəqəmsal təhsil mühitinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Bildirilib ki, yeni tədris ilində Məktəb İnkişaf Planlarının tətbiqi genişləndiriləcək, akademik nəticələrin məlumatlara əsaslanan təhlili gücləndiriləcək və risk qrupunda olan məktəblərə məqsədyönlü dəstək göstəriləcək.
Konfrans qarşılıqlı müzakirələr və panel sessiyalarla davam etdirilib.

 

 

 

 

 

 

 

Bu gün, 09:00 50

Digər xəbərlər

Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib-FOTO

Sumqayıtın 9-cu mikrorayonunda zibil qutuları dayanacağa yerləşdirildi: tullantılar yola tökülür – SAKİNLƏR ŞİKAYƏTLİDİR

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

1 2 3 4 5 6 7 8 9 10 ... 1103
Bu gün, 09:00
Bu gün, 08:36
Dünən, 20:10
Dünən, 15:09
Dünən, 14:51
Dünən, 14:11
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:05
Dünən, 10:52
Dünən, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
25-08-2026, 11:43
25-08-2026, 11:39
25-08-2026, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1103