Bakının köçürülməsi gündəmdə: Paytaxtın yükünü azaltmaq üçün yeni şəhər təklif olunur


Özbəkistanda həyata keçirilən “Yeni Daşkənd” layihəsi Azərbaycanda da paytaxtın gələcək inkişafı ilə bağlı müzakirələri gündəmə gətirib.

Sumqayit.tv xəbər verir ki, layihəyə əsasən, Daşkəndin şərqində böyük və müasir şəhərin salınması, ilk mərhələdə 6 min hektar ərazidə 600 min nəfər üçün infrastruktur yaradılması, gələcəkdə isə şəhərin əhalisinin 2 milyona çatdırılması nəzərdə tutulur.

Bu nümunədən çıxış edərək Bakının ətrafında da yeni şəhər və ya inzibati mərkəzin yaradılmasının mümkünlüyü müzakirə olunur. Paytaxtda əhali sıxlığı, nəqliyyat problemləri və gündəlik avtomobil axınının artması belə təkliflərin əsas səbəbləri sırasında göstərilir.

Musavat.com-a açıqlama verən İqtisadçı Natiq Cəfərli hesab edir ki, Bakı ətrafında yeni peyk şəhərlərin yaradılmasındansa, Azərbaycanın digər böyük şəhərlərinin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, Sumqayıt artıq Bakı ilə faktiki olaraq bir urbanizasiya məkanında birləşib, Ələt və digər qəsəbələrdə də şəhərləşmə prosesi sürətlənir.

Ekspert Azərbaycanın Gəncə və Xankəndi kimi şəhərlərinin milyonluq şəhərlərə çevrilməsi, həmçinin Mingəçevir, Lənkəran və Şəki kimi şəhərlərin potensialının artırılmasının regional inkişaf baxımından daha səmərəli ola biləcəyini bildirib.

Memar və urbanist Cahid Həsənov isə Bakının mərkəzindəki inzibati yükün azaldılması üçün dövlət qurumlarının, ali təhsil müəssisələrinin və diplomatik mərkəzlərin paytaxtın kənar ərazilərinə köçürülməsini təklif edir.

Onun fikrincə, bu proses Xocasən istiqamətində yeni inzibati mərkəzin formalaşdırılması ilə həyata keçirilə bilər. Lakin universitetlərin köçürülməsi zamanı tələbələrin yaşayış məsələsinin də nəzərə alınması vacibdir. Bunun üçün yeni ərazilərdə müasir yataqxana şəhərciklərinin yaradılması təklif olunur.

Mütəxəssis hesab edir ki, universitetlər, nazirliklər, diplomatik nümayəndəliklər və digər böyük qurumlar şəhər mərkəzindən 50–70 kilometr kənara köçürülsə, paytaxtın mərkəzindəki sıxlığı 30–40 faiz azaltmaq mümkün ola bilər.

Bildirilib ki, Bakının dəniz sahilində yerləşməsi və tarixi-memarlıq abidələrinin mövcudluğu şəhərin nəqliyyat infrastrukturunun genişləndirilməsini də müəyyən qədər məhdudlaşdırır.

Bu səbəbdən mütəxəssislər Bakının inzibati funksiyalarının bir hissəsinin yeni mərkəzlərə yönləndirilməsini, paytaxtın isə daha çox turizm, mədəniyyət və istirahət şəhəri kimi inkişaf etdirilməsini təklif edirlər.


Bu gün, 12:08 10

Digər xəbərlər

Xaçmazda xəstə qadını öldürən şəxsin 19 illik həbs cəzası qüvvədə saxlanıldı

69 il – bir ömrün deyil, bir ömürlük dəyərin hekayəsi-FOTOLAR

Bakının köçürülməsi gündəmdə: Paytaxtın yükünü azaltmaq üçün yeni şəhər təklif olunur

FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sumqayıta 60 ədəd elektrikli avtobus gətirilir?

Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib-FOTO

Sumqayıtın 9-cu mikrorayonunda zibil qutuları dayanacağa yerləşdirildi: tullantılar yola tökülür – SAKİNLƏR ŞİKAYƏTLİDİR

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1103
Bu gün, 13:15
Bu gün, 12:14
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 10:07
Bu gün, 09:00
Bu gün, 08:36
Dünən, 20:10
Dünən, 15:09
Dünən, 14:51
Dünən, 14:11
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:05
Dünən, 10:52
Dünən, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
25-08-2026, 11:43
25-08-2026, 11:39
25-08-2026, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
1 2 3 4 5 6 7 8 9 10 ... 1103