
2026–2027-ci tədris ili üzrə tələbə qəbulu çərçivəsində II mərhələyə start verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi tələbə qəbulunun II mərhələsini elan edib.
II mərhələ üzrə aşağıdakı ixtisaslara qəbul aparılır:
Mərkəzdə təhsil almağın əsas üstünlükləri sırasında müasir tədris infrastrukturu, peşəkar pedaqoji heyət və real istehsalat təcrübəsi imkanları göstərilir.
Müasir və keyfiyyətli təhsil: Tədris müasir infrastruktura malik mərkəzdə, peşəkar pedaqoji heyətin iştirakı ilə təşkil olunur.
Ali təhsil almaq imkanı: Yüksək Texniki Peşə (YTP) təhsil pilləsini başa vuran subbakalavrlar müəyyən edilmiş qaydalara uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq hüququ əldə edə bilərlər.
Real istehsalat təcrübəsi: Mərkəz Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq edir. Bu əməkdaşlıq tələbələr üçün istehsalat təcrübəsi və gələcək karyera imkanlarının formalaşmasına şərait yaradır.
Müsabiqədə tam orta təhsili (11 illik) olan şəxslər iştirak edə bilərlər.
27 avqust – 3 sentyabr, saat 18:00-dək
Namizədlər qeydiyyatdan yalnız portal.edu.az platforması vasitəsilə keçə bilərlər.
Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Sənaye Parkı, İZİA Peşə Təhsil Mərkəzi
(012) 525-39-57
(050) 623-27-86
Texniki və mühəndislik ixtisasları üzrə peşə təhsili almaq, real istehsalat mühiti ilə tanış olmaq və gələcək karyera üçün yeni imkanlar qazanmaq istəyən şəxslər qəbulun II mərhələsində iştirak edə bilərlər.
Bu gün, 18:03
8