
Sumqayıtda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxslə bağlı FHN-ə müraciət daxil olub.
Sumqayit.tv xəbər verir ki, ötən sutka ərzində Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma halları ilə bağlı 2 əməliyyat keçirilib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində 1 uşaq xilas edilib, 1 nəfərə isə müvafiq köməklik göstərilib.
Məlumat FHN-in yaydığı açıqlamaya əsasən hazırlanıb.
Bu gün, 16:15
10