Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

 
Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son monitorinqləri ölkəmizdə, xüsusən də paytaxt və ətraf ərazilərdə ekoloji qanunsuzluqların hələ də davam etdiyini acı bir reallıq kimi ortaya qoyub.


Sumqayit.tv Demokrat.az-a istinadən xəbər verir ki, Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara ümumilikdə 72 min manata yaxın ziyan vurulması sadəcə quru statistika deyil, ətraf mühitə qarşı göstərilən etinasızlığın növbəti aqibətidir. Ekoloji nəzarət tədbirlərinin gücləndirilməsinə və ölkə rəhbərliyinin yaşıllıqların qorunması ilə bağlı birmənalı, qəti xəbərdarlıqlarına rəğmən, bəzi şirkət və qurumlar hələ də şəxsi maraqlar xatirinə təbiəti qurban verirlər. Kəsilmiş ağaca görə cərimə ödəmək, hüquqi prosedurdan keçmək mümkündür, lakin məhv edilmiş oksigen mənbəyini və on illərlə formalaşan canlı ekosistemi heç bir vəsaitlə geri qaytarmaq olmur.

Bu dəfə qanunsuzluqların ən qabarıq və bariz nümunəsi məhz Sumqayıt şəhərinin “payına düşüb”. Araşdırmamız zamanı şəhərin 4-cü məhəlləsi ərazisində ağac kəsiminin “Mahal” MTK tərəfindən həyata keçirildiyi məlum olub. Bu da bəlli olub ki, tikinti şirkəti ərazidəki dəyərli ağacları – ümumilikdə 8 ədəd sərv, Şərq çinarı və Eldar şamını məhv edib. Bu hadisənin təbiətə vurduğu ziyan ümumi zərərin tən yarısından çoxunu – 42 min manatı təşkil edir. Cinayət tərkibi yaradan bu əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar artıq Baş Prokurorluğa göndərilib.

Məsələnin ən təəssüfdoğurucu hissəsi isə “Mahal” MTK-nın bu əməli təkrarlamasıdır. Şirkətin yaşıllıqlara olan ögey münasibəti ilk dəfə deyil və belə faktların artıq ikinci dəfədir prokurorluq orqanlarına göndərilməsi həmin strukturun ekoloji qanunvericiliyi qəsdən və sistemli şəkildə heçə saydığını göstərir. Görünür, əvvəlki xəbərdarlıqlar və tədbirlər MTK üçün yetərli olmayıb.

Təəssüf ki, təbiətə qənim kəsilənlərin coğrafiyası yalnız Sumqayıtla məhdudlaşmır. Bakının Xətai rayonu Vunqtau küçəsi və Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində də eyni xarakterli ekoloji cinayətlər qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətə ziyan vuranların məsuliyyətdən yayınmaması üçün sərt mübarizə davam etdirilsə də, cəmiyyət olaraq bu cür “inkişaf” adı altında həyata keçirilən ekosistem qətliamlarına qarşı daha barışmaz mövqe sərgiləməyə və ciddi ictimai qınağa ehtiyac var.

Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.


Bu gün, 17:21 44

Digər xəbərlər

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

Xaçmazda xəstə qadını öldürən şəxsin 19 illik həbs cəzası qüvvədə saxlanıldı

69 il – bir ömrün deyil, bir ömürlük dəyərin hekayəsi-FOTOLAR

Bakının köçürülməsi gündəmdə: Paytaxtın yükünü azaltmaq üçün yeni şəhər təklif olunur

FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sumqayıta 60 ədəd elektrikli avtobus gətirilir?

Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib-FOTO

Sumqayıtın 9-cu mikrorayonunda zibil qutuları dayanacağa yerləşdirildi: tullantılar yola tökülür – SAKİNLƏR ŞİKAYƏTLİDİR

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1103
Bu gün, 18:03
Bu gün, 17:44
Bu gün, 17:21
Bu gün, 16:46
Bu gün, 16:15
Bu gün, 13:36
Bu gün, 13:15
Bu gün, 12:14
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 10:07
Bu gün, 09:00
Bu gün, 08:36
Dünən, 20:10
Dünən, 15:09
Dünən, 14:51
Dünən, 14:11
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:05
Dünən, 10:52
Dünən, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
25-08-2026, 11:43
25-08-2026, 11:39
25-08-2026, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1103