
Sumqayıtda iş axtaranlar üçün yeni vakansiyalar təqdim olunub.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentinin Sumqayıt Mühafizə Bölməsində atıcı və səyyar atıcı vəzifələri üzrə Açıq Qapı Günü keçiriləcək.
Açıq Qapı Günü 28 avqust 2026-cı il, saat 14:00–16:00 arasında Sumqayıt Bələdiyyəsinin binasında baş tutacaq.
Müraciət edən şəxslərdən şəxsiyyət vəsiqəsi, hərbi bilet və əmək kitabçası (əgər varsa) tələb olunur.
Qeyd edək ki, vakansiyalar üzrə iş yerləri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşir.
Bu gün, 11:25
7