
Sumqayıt şəhərinin 29-cu məhəlləsində, 2/20 saylı binanın qarşısında yaranan kanalizasiya problemi aradan qaldırılıb.
Sumqayit.tv daha əvvəl sözügedən ərazidə kanalizasiya problemi ilə bağlı sakinlərin şikayətini gündəmə gətirmişdi. Sakinlərin sözlərinə görə, problem daha əvvəl də aradan qaldırılsa da, bir müddət sonra yenidən təkrarlanıb. Bu isə ərazidə üfunət iyinin yayılmasına və sakinlərin narahatlığına səbəb olub.
Məsələ ilə bağlı yayımlanan xəbərin ardından ərazidə yaranmış problem həll olunub.
Sakinlər problemin aradan qaldırılmasından məmnun olduqlarını bildiriblər.
Sumqayit.tv olaraq sakinlərin müraciətlərini gündəmə gətirməyə və həlli istiqamətində aidiyyəti qurumların diqqətinə çatdırmağa davam edəcəyik.
Bu gün, 18:23
8