
Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Sumqayıt.tv-yə müraciət edən Babayev Azər bildirib ki, 1-ci qrup əlilliyi olan şəxsdir və əlil arabasından istifadə edir. Onun sözlərinə görə, Salayev küçəsində, Kaspi uşaq bağçasından Sahil küçəsinə gedən yolun, “Rahat Yaşam” yaşayış kompleksinin yaxınlığındakı hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Sakin iddia edir ki, yolun asfalt örtüyü dağılıb və yaranmış çala-çuxurlar səbəbindən əlil arabası ilə həmin ərazidən hərəkət etmək demək olar ki, mümkün deyil.
“Mən əlil arabasında hərəkət edirəm. Bu yoldan keçmək mümkünsüzdür. Dəfələrlə rəsmi qurumlara və müxtəlif Instagram səhifələrinə müraciət etmişəm, lakin problem hələ də həllini tapmayıb”, – deyə Azər Babayev bildirib.
Sakin aidiyyəti qurumlardan problemin araşdırılmasını və yolun bərpasını xahiş edir.
Sumqayıt.tv olaraq məsələni diqqətdə saxlayacağıq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.


Bu gün, 10:35
4