Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO


56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycanı uğurla təmsil edərək yüksək nəticə qazanan məktəblilər Zeynəb MəhəmmədliBəxtiyar Ağayev Sumqayıt Dövlət Universitetində (SDU) rektor, professor Nurəli Yusifbəyli ilə görüşüblər.

Sumqayit.tv xəbər verir ki, rektor olimpiada qaliblərini təbrik edərək onların qazandığı uğurların istedad, sistemli hazırlıq, müəllim əməyi və ölkədə yaradılan müasir təhsil mühitinin nəticəsi olduğunu bildirib. O vurğulayıb ki, bu nailiyyətlər Azərbaycanın beynəlxalq elmi nüfuzunun möhkəmlənməsinə və gənclərin elmə marağının artmasına mühüm töhfə verir.

Professor Nurəli Yusifbəyli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elm, təhsil və insan kapitalının inkişafı əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, beynəlxalq fənn olimpiadalarında əldə olunan uğurlar ölkədə istedadlı gənclərin inkişafı üçün yaradılan imkanların və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi sistemli fəaliyyətin göstəricisidir.

Görüş zamanı qaliblərin gələcək təhsil planları, elmi maraqları və innovasiya sahəsində hədəfləri müzakirə olunub. Rektor gəncləri SDU-da həyata keçirilən elmi-tədqiqat, innovasiya, startap və beynəlxalq əməkdaşlıq layihələrində fəal iştirak etməyə dəvət edib və universitetin onlara hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonda olimpiada qaliblərinin uğurlarında əməyi olan müəllim və valideynlərə təşəkkür edilib.

 

 

 

 

 


16-07-2026, 20:16 52

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098