
"Sumqayıt" Futbol Klubunun yeni mövsüm öncəsi yay təlim-məşq toplanışı planında dəyişiklik edilib.
Sumqayit.tv xəbər verir ki, klubun yaydığı məlumata əsasən, komanda ilk yoxlama oyununu əvvəlcədən planlaşdırıldığından daha tez keçirəcək.
Belə ki, "Sumqayıt" iyulun 19-da "SOCAR Polymer Arena"da "Qəbələ" ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu oyunun daha əvvəl iyulun 26-da keçirilməsi nəzərdə tutulmuşdu. Yeni qərarla matçın tarixi bir həftə irəli çəkilib.
Bu gün, 14:50
7