Utilizasiya proqramı genişlənir: Köhnə avtomobillər Sumqayıtda qəbul edilir

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobillərin qəbulu davam edir. Utilizasiya prosesinin həyata keçirildiyi şəhərlər arasında Sumqayıt da yer alır.

Sumqayit.tv xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin oktyabr ayında start verilən proqram çərçivəsində ötən həftəyədək ölkə üzrə ümumilikdə 30 min avtomobil utilizasiyaya qəbul edilib.

Bildirilib ki, yay aylarında utilizasiya prosesi daha da intensiv xarakter alır. Bölgələrdə uzun illər istifadəsiz qalan avtomobillər xüsusi evakuatorlarla Bakı, Gəncə, Abşeron və Sumqayıtda fəaliyyət göstərən utilizasiya məntəqələrinə daşınaraq təhvil verilir.

Orxan Cabbarlı qeyd edib ki, gələcəkdə utilizasiya zamanı avtomobilin tamlığı da qiymətləndiriləcək. Belə ki, nəqliyyat vasitəsinin mühərrik və sürətlər qutusu üzərində olduqda, utilizasiya qarşılığında veriləcək məbləğ buna uyğun müəyyən ediləcək.

O, həmçinin bildirib ki, utilizasiyaya təhvil verilən avtomobillər arasında 2025-ci il istehsalı olan bir neçə BYDChangan markalı avtomobil də var. Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin qəza nəticəsində yararsız hala düşdüyü ehtimal edilir və bu hal avtomobillərin keyfiyyəti ilə bağlı hər hansı ümumi nəticə çıxarmağa əsas vermir.


Bu gün, 17:51 8

Digər xəbərlər

Sumqayıt–Saray və Ceyranbatan marşrutlarında kondisioner problemi: Sərnişinlər 9 və 522 nömrəli avtobuslardan şikayətçidirlərs

Sumqayıtda kanalizasiya xətti ilə bağlı narazılıq: Sakinlərdən pul istənildiyi iddia olunur

Utilizasiya proqramı genişlənir: Köhnə avtomobillər Sumqayıtda qəbul edilir

Güclü dövlət, milli birlik və dəyişən dünyanın Azərbaycan həqiqətləri

Əliyev: Tramp sələflərindən fərqli olaraq sülhə çalışdı, Zəngəzur dəhlizinin vacibliyini anlayır

Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı

Sertifikatlaşdırmada ən yüksək nəticə bu fənn üzrə qeydə alınıb

ADY-də SİMA Pay-dan istifadə edən sərnişinlərin sayı 9 mini keçdi

FHN Sumqayıtda maarifləndirmə tədbiri keçirdi

Prezident: "Sumqayıtın ekoloji fəlakətə çevrilməsinin şahidi olmuşuq"

Əfsanəvi karateçi Rafael Ağayevə ağır itki-FOTO

Azərbaycanda 6 ayda 5,5 tona yaxın narkotik dövriyyədən çıxarıldı

Sumqayıtda mübahisə qanla bitdi: 58 yaşlı kişi bıçaqlandı-VİDEO

Sumqayıtda pensiyalar sabah ödəniləcək

Sumqayıtda bağlı qapı arxasında qalanlara FHN köməyə çatdı

Sumqayıt Bələdiyyəsi ilk yarımillik fəaliyyətinin hesabatını açıqlayıb

Səbinə Salmanova: Şuşa Qlobal Media Forumu Azərbaycanın həqiqətlərini dünyaya çatdıran mühüm platformadır

Sumqayıtlı məktəbli Azərbaycan fizika tarixində ilkə imza atdı

Sumqayıt deputatlarından diqqətçəkən etiraf: Kimə səs veriblər

Borçalı mahalının hörmətli ağbirçəyi Xeyransa Kərimovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI

1 2 3 4 5 6 7 8 9 10 ... 1080
Bu gün, 19:14
Bu gün, 17:53
Bu gün, 17:51
Bu gün, 16:50
Bu gün, 16:17
Bu gün, 16:17
Bu gün, 16:15
Bu gün, 16:07
Bu gün, 16:05
Bu gün, 15:59
Bu gün, 15:49
Bu gün, 15:38
Bu gün, 14:27
Bu gün, 13:38
Bu gün, 13:36
Bu gün, 13:32
Bu gün, 12:46
Dünən, 21:52
Dünən, 21:16
Dünən, 16:48
Dünən, 14:53
Dünən, 14:49
Dünən, 14:47
Dünən, 12:46
Dünən, 09:30
Dünən, 05:49
Dünən, 00:16
11-07-2026, 15:01
11-07-2026, 14:09
11-07-2026, 14:07
11-07-2026, 13:00
11-07-2026, 12:35
11-07-2026, 11:21
11-07-2026, 01:11
11-07-2026, 01:06
10-07-2026, 21:32
10-07-2026, 20:55
10-07-2026, 18:49
10-07-2026, 16:51
10-07-2026, 16:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1080