Azərbaycanda 6 ayda 5,5 tona yaxın narkotik dövriyyədən çıxarıldı

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 5 ton 497 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin ilk yarısının yekunlarına dair hesabatında bildirilib.

Məlumata əsasən, hesabat dövründə hüquq-mühafizə orqanları tərəfindən 4 434 cinayət faktı aşkarlanıb. Onlardan 1 091-i narkotik vasitələrin qanunsuz satışı, 3 266-sı qanunsuz əldə etmə və saxlama, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi, 2-si isə digər narkotik cinayətləri ilə bağlı olub.

Əməliyyatlar zamanı 4 ton 698 kq marixuana, 236 kq heroin, 104 kq tiryək, 240 kq həşiş, 124 kq digər narkotik vasitə və 91 kq psixotrop maddə, həmçinin 24 437 ədəd metadon həbi, 9 444 ədəd çətənə bitkisi29 ədəd psixotrop həb götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi bazar dəyərinin 166 milyon manat olduğu qeyd edilib.

Hesabat dövründə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 2 848 nəfər cəlb olunub. Onlardan 2 766-sı kişi, 82-si qadın, 30-u isə xarici ölkə vətəndaşıdır.

Bundan başqa, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 90 fakt aşkarlanıb və həmin əməliyyatlar zamanı 1 ton 344 kiloqramdan çox narkotik vasitə20 930 ədəd metadon həbi müsadirə olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə ölkədə fəaliyyət göstərən üç məntəqədə, o cümlədən Sumqayıt Narkoloji Mərkəzində 119 nəfər, ümumilikdə isə 677 pasiyent müalicə alır.


13-07-2026, 15:38 42

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098