
Bakı–Sumqayıt avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, Unikal.az-ın yaydığı məlumata görə, qəza yolun Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, minik avtomobili hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən avtobusa arxadan çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Bu gün, 14:07
5