DİM qəbul imtahanı ilə bağlı vacib məlumat yaydı

İyulun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin gün III ixtisas qrupunun həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil olunacaq.

Sumqayit.tv xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhər və rayonlarında keçiriləcək.

Abituriyentlər iyulun 2-dən etibarən DİM-in rəsmi saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlməli olduğu saat göstərilib.

DİM bir daha xatırladıb ki, imtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Abituriyentlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli və möhürlə təsdiqlənmiş arayış gətirməlidirlər.

Məlumata görə, imtahanların təşkili üçün ölkə üzrə 153 imtahan binası2658 imtahan zalı ayrılıb. Prosesə minlərlə nəzarətçi və təşkilatçı cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 24 997, IV ixtisas qrupu üzrə 5302, III ixtisas qrupunda hər iki altqrupu seçənlər üçün coğrafiya imtahanında isə 6057 nəfər olmaqla, ümumilikdə 36 356 abituriyentin iştirakı nəzərdə tutulur.

Bundan əlavə, 65 sağlamlıq imkanları məhdud abituriyent üçün xüsusi şərait yaradılıb. Görmə və hərəkət məhdudiyyətli iştirakçıların rahat imtahan verməsi üçün müvafiq tədbirlər görülüb.

DİM bildirib ki, hazırda bütün imtahan mərkəzlərində hazırlıq işləri davam etdirilir. Təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 11-də imtahan binalarına yekun baxış keçiriləcək və zallar Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.


8-07-2026, 15:59 120

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102