
Abşeron çimərliklərində iyulun 9-na gözlənilən hava şəraiti və dəniz suyunun temperaturu açıqlanıb.
Sumqayit.tv Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.
Məlumata görə, şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba sahillərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıx ərazilərində dəniz suyunun temperaturunun 24-25 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.
Bu gün, 15:55
7