Sumqayıtda köhnə binaların söküntüsünə başlanılıb – Hansı məhəllələri əhatə edir? - VIDEO

 

Sumqayıtda köhnə yaşayış binalarının sökülməsi və yenidən qurulması istiqamətində layihələrin icrasına başlanılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə həyata keçirilən yenilənmə proqramı çərçivəsində Sumqayıtın 5-ci, 17-ci və 21-ci məhəllələrində söküntü və yenidənqurma layihələrinə start verilib.

Bildirilib ki, köhnə yaşayış binalarının sökülərək yerində yeni yaşayış komplekslərinin inşası əsasən investorlar tərəfindən həyata keçirilir. Hazırda bu istiqamətdə ən genişmiqyaslı işlər Bakının müxtəlif rayonlarında aparılsa da, proqram artıq Sumqayıtı da əhatə edir.

Vüqar Orucun sözlərinə görə, qarşıdakı illərdə yenilənmə proqramı mərhələli şəkildə Azərbaycanın digər şəhər və rayonlarında da davam etdiriləcək. Əsas məqsəd istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək müasir yaşayış kompleksləri ilə əvəz edilməsidir.

Qeyd edək ki, Sumqayıtda hansı binaların söküləcəyi, layihələrin icra qrafiki və sakinlərin köçürülmə mexanizmi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Sumqayit.tv mövzu ilə bağlı rəsmi məlumatları izləyərək oxuculara təqdim edəcək.


8-07-2026, 18:59 118

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098